Rusiya Dövlət Duması Andrey Nikitinin nəqliyyat naziri vəzifəsinə təyin olunmasını təsdiqləyib.

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd olunur ki, mövcud qanunvericiliyə əsasən, bir sıra nazirlərin, o cümlədən nəqliyyat nazirinin təyinatı Prezident tərəfindən Dövlət Dumasının razılığı ilə həyata keçirilir.

Xatırladaq ki, ötən gün Rusiyanın sabiq nəqliyyat naziri Roman Starovoyt həyatına qəsd edib. İntihar etməmişdən əvvəl məmur Rusiya lideri Vladimir Putinin sərəncamı ilə tutduğu vəzifədən azad edilmişdi. 

 Gülayə Mecid