İspaniyanın Pamplona şəhərində keçirilən ənənəvi San-Fermin festivalı zamanı öküzlər dəhşət saçıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, buğa qaçışı zamanı heyvanlar idarədən çıxaraq iştirakçılara hücum edib. Nəticədə 8 nəfər  xəsarət alıb. 

San-Fermin festivalı təhlükəli tədbir kimi tanınır. 1910-cu ildən bəri bu tipli qaçışlar zamanı ümumilikdə 16 nəfər həyatını itirib