Ermənistan parlamenti müxalif “Ermənistan” fraksiyasının deputatı Artur Sarkisyanı toxunulmazlıqdan məhrum edib.
"Unikal" xəbər verir ki, baş prokurorun təklifinin lehinə 62 deputat səs verib, əleyhinə isə səs verilməyib. Müxalifət səsvermədə iştirak etməyib.
Sarkisyan daha əvvəl arxiyepiskop Baqrat Qalstanyanın həbs olunduğu “hakimiyyəti zorla ələ keçirmək və terror aktı hazırlamaq” cəhdi kontekstində cinayət təqibinə məruz qalıb.
Bu gün cinayət işi başlanandan sonra prokurorluq onun həbsi ilə bağlı vəsatət verəcək.
Ermənistanın baş prokuroru Anna Vardapetyan bir gün əvvəl parlamentə deputat Artur Sarkisyanın “Müqəddəs Mübarizə” hərəkatına yardım etdiyinə görə toxunulmazlığından məhrum edilməsi barədə vəsatət təqdim edib.