Rusiyanın yeni nəqliyyat naziri Andrey Nikitin həyat yoldaşı Mayanın Rusiya hava limanlarında müşahidə olunan qarışıqlıqla üzləşdiyini bildirib.
"Unikal" xəbər verir ki, o bu barədə nazir postunda ilk müsahibəsində deyib.
Onun sözlərinə görə, onun həyat yoldaşı bazar günü, iyulun 6-da Rusiya Federasiyasının regionlarından birinə ezamiyyətə gedib. Nikitin bildirib ki, Maya ekonom klassda uçub və hava limanlarında gecikən uçuş problemlərilə üzləşib. Yeni nəqliyyat nazirinin həyat yoldaşı bir neçə saat gözləmə zalında oturmalı olub.
"Təyyarə gecikdi. Mən ona xəbərdar etdim ki, bu, çox güman ki, baş verəcək. Mən səbirsizliklə həyat yoldaşımın qayıtmasını gözləyirəm", - Nikitin deyib.