ABŞ Azərbaycan və Ermənistan arasında sülh sazişinin tezliklə əldə olunacağına ümid edir.

"Unikal" məlumatına görə, bunu ABŞ dövlət katibi Marko Rubio Ağ Evdə Prezident Donald Trampla birgə keçirilən iclasda deyib.

“Ümid edirəm ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi kifayət qədər tez bir zamanda əldə olunacaq. Hindistan və Pakistan arasında müharibənin qarşısını aldıq və sona çatdırdıq. Konqo Demokratik Respublikası ilə Ruanda arasında sülh sazişi, eyni zamanda, Amerika əməliyyatı ilə sona çatan 12 günlük müharibə - biz dünyada bunu edə biləcək yeganə ölkəyik”, – deyə o qeyd edib.