ABŞ-nin Texas ştatında baş verən sel fəlakəti nəticəsində ölənlərin sayı 109-a yüksəlib.

"Unikal" xəbər verir ki, bu barədə Texas qubernatoru Gregg Abbott məlumat yayıb. 

Abbott təkcə Kerr dairəsində 161 nəfərin itkin düşdüyünü bildirib. Onun sözlərinə görə, bütün itkin düşənlərin kimliyi müəyyən edilənə qədər işlərin davam edəcəyini bildirib.

Ştatdakı respublikaçı yerli məmurlar, prezident Donald Trampın qənaət siyasəti çərçivəsində büdcəsi kəsilən Milli Hava Xidmətini fəlakətdən əvvəl adekvat xəbərdarlıq və dəqiq proqnozlar vermədiyinə görə tənqid edib.