"İyulun 20-dən sonra Nikol Paşinyanla İlham Əliyevin Dubayda görüşəcəyi ilə bağlı məlumatlar xəbərlər var. Hökumətdə pərdəarxası deyirlər ki, ABŞ-nin təmsil olunduğu kollektiv Qərb bu görüşdə çox maraqlıdır".
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" nəşri yazıb.
Qeyd olunub ki, Qərb Türkiyə-Azərbaycan tandeminə təzyiq göstərməyə çalışır ki, Dubayda hansısa sənəd imzalansın, sülh ili başa çatsın.
Məlumatlara görə, Tramp administrasiyası blokadanın götürülməsi və tranzit marşrutlarına nəzarətlə bağlı İrəvan və Bakıya təkliflər göndərib, burada dəhlizə ABŞ və ya ABŞ-nin seçdiyi təşkilat vasitəsilə nəzarət etmək variantı gündəmə gəlib. Ermənistanda hökumət dairələri Amerika planının uğur qazanıb-çıxmayacağına cavab verməkdə çətinlik çəkir. Türkiyənin buna qarşı olmadığını, Paşinyanın səfərində məsələnin müzakirə edildiyini, Azərbaycanın isə bunun əleyhinə olduğunu deyirlər.
Ağarza Elçinoğlu