İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampla İran üzərində “böyük qələbənin nəticələrini” müzakirə etdiyini bildirib.
"Unikal" xəbər veri ki, onun sözlərini TASS sitat gətirib.
İsrailin baş nazirinin sözlərinə görə, müzakirələr regionda sülhün möhkəmləndirilməsi və “İbrahim sazişləri” adlanan sazişin genişləndirilməsi üçün yeni imkanlar barədə olub, bu təşəbbüs çərçivəsində bir sıra ərəb ölkələri əvvəllər ABŞ vasitəçiliyi ilə İsraillə münasibətləri normallaşdırıblar.
Netanyahu bu istiqamətdə işlərin aktiv fazada davam etdiyini vurğulayıb.
Gülayə Mecid