Hindistanın şərqindəki Bihar əyalətində cadugərlikdə ittiham olunan bir ailənin 5 üzvü vəhşicəsinə qətlə yetirilib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 3 nəfər hüquq-mühafizə orqanları tərəfindən saxlanlıb.
Ailədən yeganə sağ qalan 16 yaşlı oğlan olub. O, polisə bildirib ki, axşam saatlarında təxminən 50 nəfərdən ibarət izdiham onların evlərinə basqın edərək, anasını cadugərlikdə ittiham edib, sonra isə bıçaqla ailəyə hücum edib.
Bu zaman o, evdən qaçıb. Ailənin digər üzvləri isə qətlə yetirilərək yandırılıb.
Qeyd edək ki, ötən günlərdə də Burundianın Bujumbura əyalətində icma tərəfindən cadugərlikdə günahlandırılan 6 nəfər diri-diri yandırılmışdı.