ABŞ lideri Donald Tramp ötən il seçkiqabağı kampaniya zamanı Rusiya prezidenti Vladimir Putinlə söhbətində Moskvaya qarşı hava zərbələri ilə hədələdiyini bildirib.

"Unikal" xəbər verir ki, bu barədə CNN telekanalı Trampın audioyazısına istinadən məlumat yayıb. 

"Putinə dedim: Əgər Ukraynaya girsən, Moskvanı bombalayacağam. Sənə deyirəm başqa seçimim olmayacaq", - deyə Tramp səs yazısında bildirib.

Onun sözlərinə görə, Putin bu təhdidə cəmi 10 faiz inanıb.

Tramp əlavə edib ki, Çin prezidenti Si Cinpinə də Tayvana hücum edəcəyi təqdirdə Pekinə zərbələr endirəcəyi bildirib. Trampın sözlərinə görə, Si bu bəyanatdan sonra onun dəli olduğunu düşünüb.

Gülayə Mecid