"Kreml ümumiyyətlə sərt üslubu ilə seçilən ABŞ prezidenti Donald Trampın Moskvaya qarşı ritorikasını sərtləşdirməsinə sakit yanaşır".
"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Biz bu məsələdə kifayət qədər sakitik... Tramp, ümumiyyətlə, istifadə etdiyi ifadələrdə kifayət qədər sərt üsluba malikdir”, - deyə Peskov brifinq zamanı müvafiq suala cavab verib.
Bir gün əvvəl Tramp Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməyi ciddi düşündüyünü bildirmişdi.