İranın nüvə proqramını hərbi yolla dayandırmaq mümkün deyil.
"Unikal" xəbər verir ki, bunu MAQATE-nin baş direktoru Rafael Qrossi deyib.
"İran ciddi iqtisadiyyata, əhəmiyyətli sənaye potensialına və texniki imkanlara malik çox böyük ölkədir. Bütün bunları hərbi yolla aradan qaldırmaq olmaz... İranlılar hər zaman nəyisə gizlədə bilirlər... Ona görə də biz heç vaxt bu problemi güc yolu ilə həll etməyəcəyik", - deyə o qeyd edib.
Qrossinin sözlərinə görə, buna yalnız çox ciddi nəzarət sistemini təmin edən razılaşma yolu ilə nail olmaq olar.
Ağarza Elçinoğlu