Rusiya rusların Ermənistana girişinə qadağa qoyulmasını qeyri-dost hərəkət kimi qiymətləndirir.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib.
"Biz Rusiya vətəndaşlarının ölkəyə girişinə qadağa qoyulmasını qeyri-dost addım hesab edirik", - o vurğulayıb.
Onun sözlərinə görə, bu, Moskva ilə İrəvan arasında münasibətlərin xarakterinə ziddir.
Gülayə Mecid