Azərbaycan diasporunun Moskvadakı rəhbəri Elşən İbrahimov Rusiyanı tərk edib.

"Unikal" xəbər verir ki, Elşən İbrahimov Moskvanın Şeremetyevo hava limanından “Aeroflot”un reysi ilə Bakıya yola salınıb.

*** 20:58

Moskva vilayəti Azərbaycanlılarının regional milli-mədəni muxtariyyətinin rəhbəri Elşən İbrahimov Rusiyadan deportasiya olunur.

"Unikal" xəbər verir ki, bu barədə SHOT Telegram kanalı mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin məlumatına görə, İbrahimov növbəti reyslə Moskvanın Şeremetyevo şəhərindən Bakıya uçacaq.

İyulun 4-də İbrahimov ölkədə olma qaydalarını pozduğuna görə saxlanılıb və vətəndaşlıqdan məhrum edilib. Onun yaxın vaxtlarda ölkədən deportasiya olunacağı bildirilirdi.