Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyası xarici işlər nazirinin (Sergey Lavrov - red.) müavini Mixail Boqdanovu vəzifəsindən azad edib.

"Unikal" xəbər verir ki, müvafiq fərman rəsmi hüquqi informasiya portalında yerləşdirilib.

"Mixail Leonidoviç Boqdanov Rusiya Federasiyası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilsin. Bu fərman imzalandığı gündən qüvvəyə minir", - sənədin mətnində deyilir.

Bundan əlavə, Putin Boqdanovu prezidentin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi vəzifəsindən azad edib.