İtaliyanın xarici işlər naziri Antonio Tayani Deputatlar Palatasında çıxışına gecikdikdən sonra istehza ilə özünü “tarixin ən uğursuz xarici işlər naziri” adlandırıb.

"Unikal" xəbər verir ki, Tayani beynəlxalq gündəmə toxunaraq gecikməsinin səbəbini belə izah edib:

"Gecikdiyim üçün üzr istəyirik, həqiqətən çətin bir gün oldu... Mən yəqin ki, tarixin ən şanssız xarici işlər naziriyəm".

Diplomat buna səbəb kimi Ukraynada davam edən münaqişə, Yaxın Şərqdə vəziyyətin pisləşməsi və ABŞ-ın ticarət təzyiqinin artmasını göstərib.