ABŞ-də Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin ( NASA ) təxminən 2145 yüksək vəzifəli əməkdaşı istefa vermək niyyətindədir.

"Unikal" xəbər verir ki, bu  barədə "Politico" nəşri mənbələrə istinadən məlumat dərc edib. 

Məlumata görə, bu, kadrların ixtisarı üzrə aparılan siyasətlə bağlıdır. ABŞ Prezidenti Donald Trampın rəhbərliyi altında son aylarda ölkənin kosmik sənayesi və 18 min NASA işçisi ixtisar və mümkün büdcə ixtisarı ilə hədələnib.

Nəşr qeyd edir ki, Ağ Ev NASA-nın maliyyəsini 25% azaltmaq və 5000 yüksək vəzifəli agentlik əməkdaşını ixtisar etmək niyyətindədir.

Gülayə Mecid