Rusiyanın yeni nəqliyyat naziri Andrey Nikitin iyulun 7-də intihar edən sələfi Roman Starovoytun vida mərasimində iştirak edib.
"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Sabiq məmurla vida mərasimi Moskvada Mərkəzi Klinik Xəstəxanada keçirilir.
Xatırladaq ki, Starovoytun meyiti Moskva ətrafında, Tesla markalı avtomobilində aşkarlanıb. İstintaqın əsas versiyasına görə, o intihar edib. Qeyd edək ki, Rusiya lideri Vladimir Putin iyulun 7-də Starovoytun vəzifədən azad olunması ilə bağlı sərəncam imzalamışdı.
Gülayə Mecid