ABŞ Dövlət Departamenti Donald Tramp administrasiyasının Ermənistan və Azərbaycana Cənubi Qafqazda kommunikasiyaların açılmasını təklif etməsi ilə bağlı xəbərlərə cavab verib.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
ABŞ Dövlət Departamentinin mətbuat xidməti bildirib ki, mətbuatda dərc olunan xəbərlə bağlı onlarda məlumat yoxdur: "Birləşmiş Ştatlar Cənubi Qafqazda sülh və sabitliyin möhkəmləndirilməsi səylərini dəstəkləyir. Bizim bu press-relizlərlə bağlı təqdim edəcəyimiz məlumat yoxdur".
Daha əvvəl Karneqi Fondunun analitiki Olesya Vardanyan iki xarici diplomata istinadən qeyd etmişdi ki, ABŞ prezidenti Donald Tramp administrasiyası Azərbaycanının digər ərazilərini Naxçıvanla Ermənistan ərazisindən birləşdirən yol ilə bağlı İrəvan və Bakıya təklif təqdim edib.
Ağarza Elçinoğlu