"Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov yeni kadr dəyişikliyi edib. 

"Unikal" xəbər verir ki, bu barədə QHT rəhbəri Mirvari Qəhrəmanlı sosial şəbəkə hesabında yazıb. Belə ki, Fərhad Mədətov "Azəriqaz" İstehsalat Birliyinin baş direktorunun maliyyə üzrə müavini təyin edilib.

M.Qəhrəmanlı qeyd edib ki, F.Mədətov Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakültəsini bitirib:

"Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və Azərbaycan Memarlıq və İnşaat Universitetinin məzunlarına çox vaxt sənin ixtisasın düz gəlmir cavabını verən "Azəriqaz" nəqliyyat mühəndisini maliyyə sektoruna təyin edir".