Ermənistanın baş nazirinin xanımı Anna Akopyanın Çində təhsili ev sahibi ölkə tərəfindən maliyyələşdiriləcək.
"Unikal" xəbər verir ki, o bu barədə sosial şəbəkədə jurnalistlərin gözlənilən xərclərlə bağlı yazılı sorğusunu cavablandırarkən bildirib.
Akopyanın sözlərinə görə, Pekin Pedaqoji Universiteti ona təxminən 8,3 min dollar təqaüd verəcək. O, yaşayış xərclərini şəxsi vəsaitləri hesabına qarşılamağı planlaşdırdığını və Çində olduğu müddətdə təhlükəsizliyin təmin olunmayacağını qeyd edib.
“İnanıram ki, başqa mədəniyyəti və insanları öyrənmək sizə öz fəlsəfənizi daha yaxşı anlamağa kömək edəcək”,- deyə Paşinyanın arvadı qeyd edib.
Daha əvvəl bildirilmişdi ki, Anna Akopyan 2025-ci ilin sentyabrında Pekin Pedaqoji Universitetində Çin fəlsəfəsi üzrə iki illik magistr proqramı üzrə təhsilə başlayacaq. Proqram ingilis dilində təklif olunur və Çin fəlsəfi məktəbləri, etika və siyasi nəzəriyyənin öyrənilməsini əhatə edir.