"Azərbaycanla Ermənistan arasında münaqişə tezliklə uğurla həll olunacaq".
"Unikal" xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rutte ilə görüşündə deyib.
"Və biz daha bir məsələni həll etdik: Ermənistan və Azərbaycan. Görünür, bu münaqişə başa çatmaq üzrədir. Uğurla başa çatmaq üzrədir", - deyə Ağ Ev lideri bildirib.
Bundan əvvəl ABŞ Dövlət Departamenti bəyan edib ki, Vaşinqton Cənubi Qafqazda sülh və sabitliyin təşviqi üzrə səyləri dəstəkləyir.