NATO vasitəsilə Ukraynaya göndəriləcək hərbi yardımın həcmi milyardlarla dollar təşkil edəcək.

"Unikal" xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rutte ilə Ağ Evdə keçirdiyi görüşdə bildirib.

"Bu bəyanatın məqsədi o deməkdir ki, biz çox böyük sövdələşmə bağlamışıq. ABŞ-dən milyardlarla dollar dəyərində hərbi texnika alınacaq, NATO və digər müttəfiqlərə gedəcək və tezliklə döyüş meydanında olacaq. Ukrayna bunu qəbul edəcək. Putin indi iqtisadiyyatı və bütün Rusiyanı xilas etməlidir", - deyə Amerika lideri bildirib.