Ermənistanla Azərbaycan arasında ən qısa müddətdə sülh müqaviləsinin imzalanması bütün region üçün yeni səhifə açacaq.

"Unikal" xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə bildirib.

"Ermənistanın baş naziri Nikol Paşinyanı Parisdə salamlamaqdan məmnunam. Onun Azərbaycanla sülhə nail olmaq üçün göstərdiyi cəsarətli səylərə Fransanın dəstəyini bir daha təsdiqlədim. Ermənistan və Azərbaycan arasında ən qısa müddətdə sülh müqaviləsinin imzalanması regionun bütün ölkələri və xalqları üçün və onun hüdudlarından kənarda yeni səhifə açacaq", - Fransa prezidenti deyib.