Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Hərəkətdə olan 2 "OPEL", "VAZ 2106" və "Hyundai" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov