Goranboyda yanğın olub.

"Unikal"ın məlumatına görə, hadisə Goranboy rayon Dəliməmmədli şəhəri A.Kərimov küçəsində qeydə alınıb. Belə ki, sözügedən  ünvanda  yaşayan 1961-ci il təvəllüdlü F. Yaqubova  məxsus həyətyanı torpaq sahəsində yerləşən avto təmir üçün olan tikilidə anidən yanğın baş verib. Dərhal hadisə yerinə FHN yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb, yaxınlıqdakı tikilər yanğından müafizə edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Baş vermiş yanğın hadisəsi bağlı araşdırma aparılır.

Tural Əhmədov