Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatlna görə, hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar rayon sakini 1998-ci il təvəllüdlü M.Paşayev və 2004-cü il təvəllüdlü M.Sadıqovadır. Onların vəziyyətləri kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov