Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan ərazisindən Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirən yolda erməni sərhədçilərin dayanmasının mümkün olub-olmaması ilə bağlı sualı cavablandırıb.
"Unikal" xəbər verir ki, bu barədə o, bu gün keçirdiyi mətbuat konfransında açıqlayıb.
Paşinyan bildirib ki, sərhədçilər əsasən sərhəddə dayanır: "Bəli, həmin yolda Ermənistanın suverenliyi çərçivəsində Ermənistan sərhədçiləri olacaq. Vətəndaşlarla şəxsi təmas olmayacaq, çünki biometrik pasportlar yoxlanılacaq, lakin onlarla problem yaranarsa, bu aspekt nəzərə alınmalıdır".
Ağarza Elçinoğlu