İran xalqı heç vaxt dünya qarşısında zəif görünməyəcək.
"Unikal" xəbər verir ki, bu barədə İranın ali dini lideri Ayətullah Əli Xamenei bildirib.
"Allahın köməyi ilə istər diplomatik cəbhədə, istərsə də hərbi sahədə biz həmişə əməliyyat meydanına tam hazırlıqla daxil oluruq. İran xalqı heç vaxt dünyanın qarşısına zəif tərəf kimi çıxmayacaq", - deyə o qeyd edib.
Xameneinin sözlərinə görə, İran xalqı iyunda İsraillə 12 günlük müharibədə böyük iş görüb: "Son 12 günlük müqavimətdə İran xalqı qətiyyət və birlik nümayiş etdirdi. Bu, həyata keçirilən böyük milli iradə idi".
Ağarza Elçinoğlu