"Ermənistanla Azərbaycan arasında dərin etimad yoxdur və hər iki tərəf bunu etiraf edir". 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 16-da keçirdiyi mətbuat konfransında deyib. 

Onun qiymətləndirməsinə görə, əgər etimadsızlığı aradan qaldırmaq olarsa, bu, Əbu-Dabidə olduğu kimi, görüşlər vasitəsilə həyata keçirilə bilər: "Düşünürəm ki, inamsızlığı aradan qaldırmaq mümkündür".

Baş nazir həmçinin qeyd edib ki, Azərbaycanın mövqeyinin gizli tərəfi yoxdur, hər şey açıqdır: "Biz indi öz mövqelərimizi aydınlaşdıra biləcəyimizi, bəzi mümkün narahatlıqları aradan qaldıra biləcəyimizi və s. məsələləri anlamağa çalışırıq. Sülh sazişinin imzalanması və ratifikasiyası mərhələsinə çatana qədər mümkün hərəkətlərə ümumi yanaşma formalaşdırmaq üçün müzakirələr aparırıq. Bu proses davam edir". 

Ağarza Elçinoğlu