Qarışıq döyüş növləri (MMA) üzrə döyüşçü Timur Xizriyevə hücumdan sonra qəsdən sağlamlığa ağır xəsarət yetirmə maddəsi ilə cinayət işi açılıb.

"Unikal" xəbər verir ki, bu barədə Dağıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

İyulun 15-də axşam saatlarında Mahaçqala şəhərinin Daniyalov küçəsindəki evlərin birinin həyətində idmançıya avtomobilindən düşərkən maskalı iki cinayətkar ona travmatik silahla təxminən 10 dəfə atəş açıb. Xizriyev çiyin, əl və döş qəfəsindən beşə yaxın yara alıb. Hücum edənlər və üçüncü iştirakçı ağ rəngli “Priora”da hadisə yerindən qaçıblar.

Cinayətkarlar axtarılır.