Növbəti mövsümün hazırlığını Polşada davam etdirəm “Neftçi” futbol klubu bu gün ilk yoxlama oyununa çıxacaq.

"Unikal" xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi komanda İsrail təmsilçisi “Hapoel” (Təl-Əviv) ilə münasibətləri aydınlaşdıracaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Qeyd edək ki, “Neftçi” daha sonra Polşanın “Termalika” (22 iyul), Yunanıstanın “Asteras” (27 iyul) və Kiprin AEL (1 avqust) komandaları ilə gücünü sınayacaq.