Yeni mövsümə hazırlıqlarını Polşada davam etdirən “Neftçi” təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.
"Unikal" xəbər verir ki, Samir Abasovun başçılıq etdiyi kollektiv İsrailin “Hapoel” (Təl-Əviv) klubu ilə qarşılaşıb. Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Hazırlıq prosesi çərçivəsində “ağ-qaralar” daha üç sınaq görüşü keçirəcək. Paytaxt təmsilçisi iyulun 22-də Polşanın “Termalika”, iyulun 27-də Yunanıstanın “Asteras”, avqustun 1-də isə Kiprin AEL komandası ilə üz-üzə gələcək.