Azərbaycan Almaniyanın Reyn-Rur regionunda keçirilən Ümumdünya Yay Universiadasında ilk medalını qazanıb.
"Unikal" xəbər verir ki, bədii gimnastika üzrə qrup komandası tələbələrin yarışında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Ləman Əlimuradova, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina və Güllü Ağalarzadədən ibarət kollektiv üç top və iki halqa ilə hərəkətlərə görə hakimlərdən 26.350 xal alıblar. Ötən gün beş lentlə hərəkətlərdə 24,150 xal toplayan komandamız iki hərəkətin cəmində (50.500) çoxnövçülükdə qızıl medala layiq görülüb.
İlona Zeynalova və Kamilla Seyidzadə isə fərdi çoxnövçülükdə Universiadanı, müvafiq olaraq, 22-ci və 27-ci yerdə başa vurublar.
Qeyd edək ki, Universiada iyulun 27-də başa çatacaq.