Portuqaliyanın “Portu” komandasının futbolçusu Joau Mario İtaliyanın “Yuventus” klubuna keçəcək.

"Unikal" xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Turin təmsilçisi əvəzində Albertu Koştanı qarşı tərəfə göndərəcək.

Koşta A Seriyasında 9, Mario isə Portuqaliya Liqasında 27 oyun keçirib.