"Araz-Naxçıvan"ın kapitanı Ürfan Abbasov UEFA Konfrans Liqası 2-ci təsnifat mərhələsində keçiriləcək "Aris"lə ilk matç haqda danışıb. 

"Unikal" xəbər verir ki, o, görüşdən öncə təşkil olunan mətbuat konfransında deyib: "Sabah bizi ağır oyun gözləyir. Yaxşı hazırlaşmışıq. Ümid edirik ki, müsbət nəticə qazanacağıq".

Müdafiəçi bildirib ki, rəqib yaxşı təhlil olunub: "Baş məşqçi onların zəif və güclü tərəflərini bizə başa salıb. Rəqibin zəif nöqtələrindən istifadə etməyə çalışacağıq. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik".

Ü.Abbasov yay hazırlıq toplanışından da söz açıb: "Türkiyə Superliqa təmsilçiləri ilə oynadıq. Yetərincə güclü komandalar idi. Komanda yenilənib, keyfiyyətli oyunçular gəlib. Hücumda daha yaxşı oynamağa çalışırıq".