"Hər iki komanda istəkli idi".

"Unikal" xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Hayduk"la ilk matçdan mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis qol fürsətlərindən istifadə edə bilmədiklərinə görə təəssüflənib. Sadıqov 1:1 hesablı heç-heçəni şərh edib: "Maraqlı və gərgin mübarizənin şahidi olduq. Birinci hissədə komandalar daha ehtiyatlı olub, rəqibin səhvini gözləyirdilər. İlk səhvi rəqib etdi, biz fərqləndik. İkinci qolu vurmaq üçün də fürsətlərimiz oldu, təəssüf ki, yararlana bilmədik. Düşünürəm ki, qələbəyə yaxın olan tərəf biz idik. Cavab qarşılaşması öncəsi bu hesab heçnəyi demir. Cütün taleyi Xorvatiyada həll olunacaq. Səfərdə qələbə qazanmaq istəyirik".

Qeyd edək ki, tərəflər arasında cavab matçı iyulun 31-də Split şəhərində keçiriləcək.