Rusiya Ukrayna ilə danışıqların dördüncü mərhələsinin baş tutacağına ümid edir.

"Unikal" xəbər verir ki,  bunu Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski deyib.

Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundu İstanbulda baş tutub.

O, dördüncü raundla bağlı sualı cavablandıraraq, buna ümid etdiyini bildirib.

Tam tərkibdə danışıqlar Moskva vaxtı ilə saat 20:37-də Çırağan sarayında başlayıb və təxminən 40 dəqiqə davam edib.