Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” II təsnifat mərhələsində ilk oyununa çıxıb.

"Unikal" xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda İrlandiyanın “Şelburn” kollektivinin qonağı olub.

Dublində yerləşən “Tolka Arena”da keçirilən görüş Ağdam klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb. Komandanın qollarına 13-cü dəqiqədə Leandro Andrade, 80-ci dəqiqədə Aleksey Kaşuk, 85-ci dəqiqədə Nəriman Axundzadə imza atıb.

Komandalar arasında cavab qarşılaşması iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.