Yevlaxda qətl hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, rayonun Malbinəsi kəndində 1985-ci il təvəllüdlü Ruslan Mustafayev odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib.
Onu tüfənglə qətlə yetirməkdə şübhəli bilinən həmkəndlisi 1957-ci il təvəllüdlü Əli Rəsulov polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.