Sabiq deputat Xanhüseyn Kazımlı "Qurd qapısı" qəbiristanlığında dəfn edilib.

"Unikal" xəbər verir ki, dəfn mərasimində ailə üzvləri və yaxınları iştirak edib.
 

***

09:40

Sabiq deputat Xanhüseyn Kazımlı 83 yaşında vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə "Report"a onun yaxınları məlumat veriblər.

Qeyd edək ki, Xanhüseyn Kazımlı Azərbaycan Sosial Rifah Partiyasının sədri olub. O, I, II, III, IV, V çağırış Milli Məclisin deputatı idi.

Mərhum bu gün Yasamal qəbiristanlığında torpağa tapşırılacaq.