"Lion"un qapıçısı Lukas Perri "Lids"ə keçməyə yaxındır.

"Unikal" xəbər verir ki, tərəflər arasında razılıq əldə olunub və qolkiper İngiltərəyə yollanacaq.

Transferin dəyəri 15 milyon avrodur. İngiltərə Premyer Liqasında yüksələn "Lids" heyətini gücləndirmək istiqamətində növbəti addımı atıb. Komanda təcrübəli Perri ilə 3 illik müqavilə imzalayacaq/.

Qeyd edək ki, 2024-cü ildən "Lion"da oynayan Lukas 33 matçda qapısından 44 qol buraxıb.