Azərbaycan Premyer Liqasında çıxış edən "Kəpəz" növbəti transferini reallaşdırıb.

"Unikal" xəbər verir ki, komanda polşalı qapıçı ilə heyətini gücləndirib.

Gəncə klubu Kaçper Rosa ilə 1 illik müqavilə imzalayıb. 30 yaşlı qolkiperin son klubu vətənində yüksək liqa təmsilçisi "Motor" olub.

Qeyd edək ki, Rosa 2024/2025-ci illər mövsümündə 17 çempionat matçında komandasının qapısını qoruyub.