ABŞ Ukraynaya 180 milyon dollarlıq hava hücumundan müdafiə vasitələrinin tədarükünü təsdiqləyib.
"Unikal" xəbər verir ki, bu barədə Konqresə bildiriş göndərən Müdafiə Əməkdaşlıq Agentliyi məlumat yayıb.
Çatdırılmaya təlim, texniki xidmət, təmir, ehtiyat hissələri, logistika və mühəndislik dəstəyi daxildir.
Müqavilə silahların ötürülməsini nəzərdə tutmur, lakin Ukraynanın artıq malik olduğu sistemlərin fasiləsiz işləməsini təmin edəcək.