"Embraer 190" sərnişin təyyarəsi qəza siqnalından sonra Mahaçqala hava limanına məcburi eniş edib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat dərc edib.
Bildirilir ki, təyyarədə İjevskdən uçan sərnişinlər olub.Təhlükə siqnalı Xəzər dənizi üzərində uçuş zamanı göndərilib. Ekipaj fövqəladə hallar üçün təlimatlara uyğun hərəkət edib.
Digər təfərrüatlar açıqlanmayıb.