"Moskva Amerika lideri Donald Trampın Ukraynada atəşkəs müddətinin 50 deyil, 10-12 günə endirilməsi ilə bağlı bəyanatını nəzərə alıb".
"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Biz Ukrayna ətrafında münaqişənin həlli üçün sülh prosesinə və bu nizamlanma prosesində maraqlarımızı təmin etməyə sadiq qalırıq", - Kreml sözçüsü bildirib.
Gülayə Mecid