Xaçmaz rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Unikal" xəbər verir ki, Əhmədov Faiq Fazil oğlu idarə etdiyi motoblokla Çinartala kəndində hərəkətdə olduğu zaman piyada Əhmədova Qəmər Abusətdar qızını vurub, nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağl cinayət işi başlanaraq istintaq aparılır.