"Real Madrid"in fransalı hücumçusu Kilian Mbappeyə Kral Klubunda 10 nömrəli forma verilib.

"Unikal" xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesabında açıqlanıb. 

Həmin forma nömrəsi xorvatiyalı yarımmüdafiəçi Luka Modriçin gedişindən sonra boş qalmışdı.

Kral klubu ötən yay 10 nömrəni Mbappeyə transfer etmək istəyirdi.

Futbolçu "Real Madrid" rəhbərliyinin bu qərarına müsbət cavab verib. Ötən mövsüm Mbappe "Real Madrid"də 9 nömrəli formanı geyinirdi.

Ağarza Elçinoğlu