Ötən gün Ağcabədidə yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, 02-BZ-936 dövlət nömrə nişalı "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı işıq dirəyinə çırpılıb.
Hadisə nəticəsində xəsarət alan sürücü Munis İbrahimov xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Seymur Əli