Gəncədə 6 gün əvvəl avtomobil tərəfindən vurulan piyada xəstəxanada ölüb.

"Unikal"ın  məlumatına görə, müalicə aldığı xəstəxanada ölən şəxs 1989-cu il təvəllüdlü Ayaz Məmmədovdur.

Xatırladaq ki, hadisə iyulun 24-də şəhərin Şah Ismayil Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Mercedec" markalı minik maşını yolu keçmək istəyən 1989-cu il təvəllüdlü A.Məmmədovu vurub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov